
Logistika
Beynəlxalq və yerli daşımalar üçün geniş xidmət çeşidimiz var. Optimal marşrut planlaması və yükün izlənməsi imkanlarımızla sizə çevik və etibarlı logistika həlləri təklif edirik.

Quru yolu ilə daşıma
Azərbaycanın daxili bazarında və regionda TIR daşımaları ilə yüklərinizi təhlükəsiz və operativ şəkildə çatdırırıq. Müxtəlif növ yüklərin daşınması üçün uyğun nəqliyyat vasitələri təqdim edirik. Avtomobil daşımalarımız sərhəd keçid proseslərini sürətləndirərək vaxt itkisinin qarşısını alır. Çevik fəaliyyətimiz nəticəsində yükləriniz gecikmir və zamanında ünvana çatdırılır.Çevik xidmətimiz sayəsində yükləriniz vaxtında çatdırılır.

Dəmir yolu daşımaları
Böyük həcmli və ağır yüklərin daşınması üçün ideal həllər təklif edirik. Dəmir yolu nəqliyyatı vasitəsilə uzunmüddətli və stabil daşınma xidməti təmin edirik. Marşrut planlamasını optimal şəkildə həyata keçirərək, yükünüzün sərfəli və təhlükəsiz çatdırılmasına zəmanət veririk. Azərbaycanın dəmir yolu infrastrukturu ilə geniş coğrafiyaya yük daşımalarını asanlaşdırırıq.

Hava yolu daşımaları
Sürətli və təcili çatdırılma tələb edən yüklər üçün hava daşımalarını həyata keçiririk. Partiya yüklərdən tutmuş böyük həcmli yüklərə qədər müxtəlif növ məhsulların hava yolu ilə daşınmasını təşkil edirik. Beynəlxalq və regional hava limanları ilə əməkdaşlıq edərək optimal çatdırılma müddətini təmin edirik. Gömrük və sənədləşmə proseslərində müştərilərimizə tam dəstək veririk.

Gəmi və bərə daşımaları
Böyük həcmli və beynəlxalq yüklər üçün su yolu nəqliyyatı xidməti təklif edirik. Bakı limanı və digər strateji nöqtələrdən istifadə edərək, yüklərinizi ən sərfəli marşrutlarla çatdırırıq. Xüsusilə iri sənaye avadanlıqları və konteyner daşımaları üçün ideal həllər təqdim edirik. Yükün təhlükəsizliyi və vaxtında çatdırılması üçün bütün logistik prosesləri nəzarətdə saxlayırıq.