
Haqqımızda
Azerbaijan Supply Hub sənaye və təchizat sahəsində güclü bazar biliklərinə malik olan peşəkar logistika şirkətidir. Məqsədimiz müştərilərimizə operativ, etibarlı və sərfəli təchizat və logistika xidmətləri təqdim edərək onların biznes proseslərini asanlaşdırmaqdır. Peşəkar komandamız və innovativ yanaşmamız sayəsində Müştərilərimizin ehtiyaclarına uyğun effektiv həllər təklif edirik.
Vizyonumuz
Azerbaijan Supply Hub olaraq, regionda və beynəlxalq bazarda təchizat və logistika sahəsində lider şirkət olmaq əsas hədəfimizdir. Biz müştərilərimizə müasir və innovativ həllər təqdim edərək, onların biznes proseslərini daha çevik və səmərəli idarə etmələrinə kömək edirik. Gələcəyə yönəlmiş yanaşmamızla sənaye və logistika sektorunda yeni standartlar müəyyən etməyi qarşımıza məqsəd qoymuşuq.

Missiyamız
Müştərilərimizə yüksək keyfiyyətli, etibarlı və səmərəli logistika və təchizat həlləri təqdim edərək onların bizneslərini inkişaf etdirmək. Biz, innovasiya və müştəri məmnuniyyətini ön planda tutaraq, tədarük zəncirinin hər mərhələsində optimal həllər təklif edirik. Ədalətli qiymət siyasətimiz və çevik xidmətlərimizlə uzunmüddətli tərəfdaşlıqlar qurmağa çalışırıq.
